Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952599169
Yumşaq üz qabığı
332 səhifə
Qiymət: 10.90 AZN
TEZLİKLƏ

Travma

Vulf Dorn

BİZ HƏR YERDƏYİK. ARTIQ QAYDALARI BİZ MÜƏYYƏN EDİRİK. GƏLƏCƏK BİZİMDİR !

Laura Şrader əldən-ayaqdan uzaq bir aşırımda qəzaya uğramış avtomobildən xilas edilir. Maşının baqajında kəllə sümüyü parçalanmış bir cəsəd tapılır. Bir qız uşağının cəsədi... Üstəlik qəzanın baş verdiyi əraziyə yaxın bir kəndin bütün sakinləri yoxa çıxıb. Bu necə ola bilər? Onlar haradadırlar? Uşağı kim və nəyə görə öldürüb? Bir-biri ilə bağlı olduğu güman edilən bu hadisələri araşdıran psixoloq Robert Vinter və polis olduqca qəliz, mürəkkəb bir tapmaca ilə üz-üzə qalır. Bu elə bir tapmacadır ki, açması yoxdur. Yaşadığı travmanı aşa bilməyən Laura Şraderin kənddə baş verənlərlə bağlı söylədikləri hər kəsi çaşdırır. Bunlar əsl cəfəngiyyat kimi səslənir... Bəs bu, həqiqətən, belədirmi? Laura başına gələnləri Robert Vinterə danışdıqca, kənddə axtarış aparan polis isə müxtəlif dəlilləri tapıb topladıqca bu kabusdan ayılmaq daha da çətinləşir. Dünya, gələcək, uşaqlar, böyüklər, xaos, cinayət, dəhşətli bir girdab... Bəlkə, bu kəlmələr məzkur tapmacanın cavabını tapmağımıza kömək edə bilər...