“YAY” TEAS PRESS Nəşriyyat evinə məxsus əmtəə nişanıdır.
TEAS PRESS Nəşriyyat evinin yeni markası olan “YAY” yayınları öz iddialı profili ilə 2017-ci ildə yeni nəşrlərinə start verib. “YAY” bütün dünyada gənclər arasında populyar olan Cudit Maknaut (Judith McNaught), Nikolas Sparks (Nicholas Sparks), Ketrin Baybi (Catherine Bybee), S.Harrison (S.Harrison), Cemi Bek (Jamie Beck), Sara Dessen (Sarah Dessen) və digər yazarların bestsellerə çevrilmiş əsərlərini profilinə əlavə edib.
“YAY” saatların necə ötdüyünü bilmədən birnəfəsə oxuyacağımız kitabları yaymağa başlayıb. Məqsədimiz 16-35 yaş arasındakı oxucular üçün nəzərdə tutulan kitablarla keyfiyyətli tərcümə və poliqrafiya fərqi yaratmaqdır. Gənclər dünyada populyar olan, rahat oxunan maraqlı əyləncə, fantastika, sevgi, macəra romanlarını “YAY”dan əldə edə biləcək.
Məqsədimiz dünyanın ən məşhur əsərlərini və ən yeni kitabları nəşr etmək, əməkdaşlıq etdiyimiz müəllif və nəşriyyatların əhatə dairəsini genişləndirməkdir. “YAY”ın hazırda əməkdaşlıq etdiyi məşhur nəşriyyatlar aşağıdakılardır: “Amazon”, “Park Literature”, “Dystel”, “Goderich & Bourret”, “Curtis Brown”, “Intercontinental Literary Agency”, “The Lotts Agency” və digərləri.
Əcnəbi müəlliflərin əsərlərinin Azərbaycan dilində ilk dəfə nəşr olunmasını təmin etmək “YAY”ın ikinci əsas məqsədidir. Çünki ilk dəfə nəşr olunan kitab yeni ideya, yeni baxış deməkdir. Biz də məhz yeni imzaları tanıtmağa, oxucuya yeni kitablar, yeni fikirlər təqdim etməyə çalışırıq.
Zövqlü oxucular “YAY”ın fərqini tezliklə hiss edəcək!