Xəbərlər və Tədbirlər
Müharibə! Bu kəlməni eşidəndə təsirlənməyən, onun soyuq nəfəsini duymayan, dəhşətli təsvirini fikrində canlandırmayan az adam olar.
Dağıdıb viran qoyduğu şəhərlər, atasız-anasız qalan uşaqlar, ömrünün baharında həyata vida edən gənc əsgərlər, təcavüzlərə məruz qalan qadınlar, itgin düşən insanlar, övladlarını itirən ata-analar və müharibədən sonra sağ qalan ölülər. İtirilmiş nəslin nümayəndələri...
Müasir dövrün ən çox sevilən yazarlarından olan Aysel Əlizadə yeni şeirlər kitabını çapa hazırlayır. Şairə kitabının çapı ilə bağlı TEAS Press Nəşriyyat evinə məxsus "YAY" nəşrləri ilə artıq müqavilə də imzalayıb. Çox maraqlı mövzuları əhatə edən və ədəbi mühitdə ciddi müzakirələrə səbəb olacağı gözlənilən kitaba daxil edilmiş bütün şeirlər ilk dəfə işıq üzü görəcək.