Facebook Instagram
Azərbaycan dilində
ISBN: 978 9952 532 92 0
Yumşaq üz qabığı
308 səhifə
Ölçü: 120x185 mm
TEZLİKLƏ

Şahzadə Bari

Hvanq Sok Yonq

O, çox gənc və kövrəkdir, doğulandan başı müsibətlər çəkib. İlk baxışdan normal sayılan çoxuşaqlı ailədə dünyaya gəlsə də tezliklə faciələr başlayır, ailə öz yurdundan didərgin düşüb pərən-pərən olur. Aclıq və ölüm təhlükəsindən Çinə qaçan Barinin başına daha nələr gəlmir ki?! Bir-birinin ardınca nənəsini, atasını və bacısını itirir... Çində də eyni təhlükələrlə üzləşən kimsəsiz qız özü kimi bədbəxt bir qadınla yük gəmisinin anbarında Londona qaçır. Masaj etmək bacarığı onu bu şəhərdə aclıqdan xilas edir. Lakin tale onunla burada da amansız davranır. Londonda ailə quran, qısa müddətdə xoşbəxt olan Bari az sonra körpəsinin ölümündən sarsılır və yenidən ölüm-dirim savaşına başlayır. Yad ölkədə taleyin amansız zərbələrinə tuş gəlmiş bir çox insanların mənən məhv olmaması üçün vaxtilə nənəsinin öyrətdiyi başqalarının daxili aləmini “seyr etmək”, fikirlərini oxumaq kimi qabiliyyətindən istifadə edir. Amma... “Dirilik suyu” axtaran balaca şahzadəni öz həyat idealı seçmiş Şahzadə Bari dirilik suyunun mənbəyinə gedib çıxa biləcəkmi?!