Facebook Instagram
Azərbaycan dilində
ISBN: 978 9952 313 88 8
Yumşaq üz qabığı
352 səhifə
Ölçü: 120X185 mm

Çıxış yoxdur

Teylor Adams

Çovğunlu bir gün... Dağlar qoynunda dünyadan təcrid olunmuş kiçik bir motel... Bu motelə təbii fəlakətdən qorunmağa çalışan bir neçə adam toplaşıb. Onlardan biri də tələbə Darbi Torndur. Yola çıxmazdan əvvəl anasının ağır xəstə olduğu haqqında xəbər alıb. Darbi inadla motelin avtomobil dayanacağında telefon siqnalının tutacağı anı gözləyir və bu vaxt dayanacaqdakı furqonun arxa şüşəsində hərəkət edən bir cüt uşaq əli görür. Kimsə maşında oğurlanmış uşaq gizlədir! Onu necə xilas edə bilər? Bunun üçün nə etməlidir? Polisə zəng vurmaq mümkün deyil, çünki pis hava şəraitindən siqnal tutmur. Moteldəki “dostların” heç birinə etibar edə bilməz, çünki onlardan hər biri cani ola bilər. Belə çıxır ki, Darbi maşındakı uşağı özü, təkbaşına xilas etməlidir...