Azərbaycan dilində
ISBN: 978 9952 532 36 4
220 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 8.00 AZN
Armudlu düzəngahı
Əzab dolu internat həyatı... “Azad” uşaqlar... İnternatı tərk etmək vaxtı çatsa da,
getməyə yeri olmayan və tarix müəllimi
Vanonu öldürməyə qərar verən Lela...
Seksual qısnama, zorakılıq, qorxu, istismar, hüzn, şəhvət, nifrət, amansızlıq, məhrumiyyət, mənəvi yoxsulluq, sevgi, ümid,
fədakarlıq... 90-cı illərin itirilmiş nəsli...
Bununla belə, dirçəlməyə çalışan, bunun
üçün çapalayan insanlar... Onların adamın üzünə şillə kimi dəyən diqqətəşayan
həyat hekayəsi... Hadisələr internatda baş
verir. Bura “Armudlu düzəngahı”dır – mistik məkan, sakinlərinin həyatında silinməz
izlər buraxan lənətlənmiş ünvan. Əvvəlcə
“ağıldankəm uşaqlar” üçün nəzərdə tutulsa da, sonradan valideynlərini itirmiş, ya
da maddi səbəblər ucbatından necəsə ortalıqda qalmış uşaqlar burada məskunlaşır. Bu uşaqları heç müəllimlər də veclərinə
almır, özbaşına buraxır. Bəs görəsən, amerikalı cütlük Lelanın balaca İrakli ilə bağlı
ümidlərini doğruldacaqmı?
BU KATEQORİYAYA AİD KİTABLAR