Facebook Instagram
Azərbaycan dilində
ISBN: 978 9952 310 93 1
Yumşaq üz qabığı
192 səhifə
Ölçü: 120x185 mm

Tənha Mələk

Fridrix Ani
Neonasistlər tərəfindən yandırılan və bir əməkdaşı öldürülən xəfiyyə bürosuna itkin düşmüş biznesmen
barədə məlumat daxil olur. Sirr pərdəsinə bürünmüş bu hadisəni araşdırmaq ahıl xəfiyyə Tabor Züdenə
həvalə edilir. Yanğın zamanı öldürülmüş həmkarının və intihar etmiş dostunun itkisi ilə barışa bilməyən
Züden ağır depressiya keçirir. Amma biznesmeni tapmaq üçün əlindən gələni etməli, xəfiyyə bürosunun
yenidən dirçəlişinə çalışmalıdır. İtkin düşən biznesmenin keçmiş sevgililəri nəyisə gizlədir. Züden və
həmkarı Patrisiya şübhəliləri izləməyə davam etdikcə şübhələr artır. Atası itkin düşmüş biznesmeni
xatırlamaq istəmir. Onun keçmişi ailə üçün qəbuledilməzdir. Yustus bir ailədə həm nənə, həm qız, həm də
nəvə ilə eşq macərası yaşayıb. Onun müəmmalı şəkildə yoxa çıxmasında günahkar kimdir? Dükanını
bağışladığı keçmiş sevgilisi, yoxsa nəvəsinin və qızının qisasını almaq istəyən birlikdə yaşadığı qadın?
Bəlkə Yustusu keçmişi təqib edir?