Facebook Instagram
Azərbaycan dilində
ISBN: 978-9952-310-33-7
TEZLİKLƏ

Sadəlövh super

Erlend Lu

25 yaşlı tələbənin sevgilisi olmasa da, iki dostu, özünün dediyi kimi, yaxşı və pis dostu var. Və bir də düşündüyünə görə, özü qədər nəcib olmayan bir qardaşı var. Qəhrəman elə vəziyyətə gəlib çıxır ki, ifrat bədbinliyə qapılır və həyat gözü önündə mənasını itirərək bir heçə çevrilir. Qəhrəman bunun yaşla əlaqədar olduğunu düşünür. O, ailəsi ilə birlikdə 25 yaşını qeyd edir, daha sonra qardaşı ilə kroket oynayır. Oyunda qalib gəlməyə çox can atır, lakin məğlub olur. Qəhrəmanın qardaşının onun kimi yaxşı insan olmadığını düşünməsinin səbəblərindən biri də ona məğlub olmasıdır. Əsas qəhrəman sadəlövhcəsinə fikirləşir ki, qardaşı oyunda ona iki dəfə dalbadal zərbə endirdiyinə görə heç də yaxşı insan deyil. Bu, ona ağır gəlir, özünü təhqir olunmuş sayır, köhnə həyatından imtina edir, bədbinliyə qapılır. Lakin əslində bunun arxasında kroket oyunu yox, daha ciddi səbəblər dayanır. Və hər şey oyun bitəndən sonra başlayır...