Azərbaycan dilində
ISBN: 9789952310214
TEZLİKLƏ

Parıltı

Stiven Kinq

Keçmiş alkoqolik Cek Torans həyat yoldaşı və 5 yaşlı oğlu ilə ucqar dağ kurortuna – dəbdəbəli “Overluk” hotelinə gedir. Torans həmin hoteldə qış mövsümündə mühafiz işinə düzəlib və ilin yarısı boyunca ətrafdan təcrid olunan mehmanxanadakı yeni işinə ailəsi ilə münasibətləri qaydaya salmaq, həm də bədii yaradıcılıqla məşğul olmaq üçün əlverişli fürsət kimi baxır.

Qar yağandan, hotelin ətrafla əlaqəsi tam kəsiləndən sonra “Overluk”un axar-baxarı, idilliyası, onunla birlikdə isə keçmiş alkoqolikin dincliyi pozulur. Hotel yeni sakinlərini ağır imtahana çəkən mistik qüvvəyə çevrilir. Ailənin bu kabus tələsindən çıxa bilib-bilməyəcəyi çox mənada balaca Denielin telepat qabiliyyətlərindən asılıdır. Əfsus ki, anası ilə atası uşağın bu üstünlüyündən xəbərsizdir...