Azərbaycan dilində
ISBN: 9789952310153
TEZLİKLƏ

Linkoln bardoda

Corc Sanders

Amerikalı yazıçı Corc Sanders "Linkoln bardoda" əsərini 2017-ci ildə qələmə alıb. Romandakı hadisələr Avraam Linkolnun oğlu Uilyam Linkolnun (Uill) ölümü zamanı və ölümündən sonra baş verir. Əsərdə prezident ailəsinə üz verən ağır itki və kədər öz əksini tapır. Roman özü ölümlə həyat arasındakı yerdə - bardoda keçən bir günü əhatə edir.

Sanders bir dəfə sərdabələrin arasında gəzərkən arvadının xalası qızı ona bir sərdabə göstərib və Linkolnun oğlunun bir vaxtlar bu sərdabəyə qoyulduğunu, sonradan köçürüldüyünü bildirib. Deyilənlərə görə, uşağın tabutu orada olarkən prezident gecəni oğlunun yanında keçirib. Yeni əsər yazmaq ideyası buradan yaranıb. Roman onlarla səs tərəfindən nəql edilir. Bu, indiyə qədər qarşılaşmadığımız ədəbi təcrübədir.