Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952310115
Yumşaq üz qabığı
264 səhifə
Ölçü: 120x185 mm

13 səbəb

Cey Eşer

Kley Censen məktəbdən evə qayıdıb evlərinin artırmasında üstündə onun adı olan bir poçt bağlaması görür. Bağlamadan Kleyin vaxtilə sevdiyi sinif yoldaşının – iki həftə əvvəl intihar etmiş Hanna Beykerin göndərdiyi bir neçə audiokasset çıxır. Hanna bu kassetlərdə intiharının 13 səbəbini açıqlayır. Səbəblərdən biri də Kleydir. Kley günahının nədən ibarət olduğunu öyrənmək üçün kassetlərə qulaq asmalıdır.

Kley Censen Hannanın bələdçiliyi ilə bütün gecəni şəhərin küçələrində dolaşır, nakam sevgisinin dərdini dinləyir, ağrılarını anlayır. Bu onun həyatını, insanlara münasibətini büsbütün dəyişir.