Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952520552
860 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 15 AZN

Taxt oyunları

Corc R.R.Martin

Corc R.R.Martin öz janrının bütün üstün tərəflərini səfərbər edərək "Taxt oyunları" adlı şah əsər yaradıb. Epik seriyanın birincisi olan bu kitab dünyanın hər yerində fantastika (fentezi) janrı pərəstişkarlarının ürəyincə olacaq, əsərin sirr, ədavət, sevgi və macəralarla dolu səhifələri onları valeh edəcək. Yayın onilliklər, qışın da bir insan ömrü qədər uzun ola biləcəyi diyarlarda şaxtalı günlər yaxınlaşmaqdadır. Vinterfellin şimalındakı buzla örtülü torpaqlarda, Yeddi Krallığı qoruyan divarların arxasında fövqəltəbii güclər cəmləşməkdədir. Münaqişənin mərkəzindəki adamlar doğulduqları torpaqların iqlimi qədər sərt və əyilməz Starklardır

Amansız soyuqların hökm sürdüyü şimaldan isti və əyləncəli uzaq cənubadək yayılmış ledilər, lordlar, cəngavərlər, sehrbazlar və qatillərdən bəhs edən bu hekayədəki hadisələr dəhşətli kəhanətlərin xəbər verildiyi bir dövrdə başlayır. Faciə, hiylə, xəyanət, dəhşət və zəfərlə dolu hadisələrin arasında Starkların dostlarının və düşmənlərinin həyatı bir tükdən asılıdır. Məqsəd ölüm-dirim mübarizəsində - taxt oyununda zəfər çalmaqdır..