Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952515480
364 səhifə
Ölçü: 148X210 mm

Sonsuzluğun dirilişi

S.Harrison

Kamilliyin öz qiyməti var. Əgər 17 yaşlı Fin Bləkstoun başının üstünü almış təhlükənin qarşısını ala bilməsə, bəşəriyyət bunun bədəlini ödəməyə hazırlaşmalı olacaq. Onun atası parlaq zəkalı, ancaq çılğın təxəyyüllü qlobal texniki maqnatdır və insanlığın dözülməz dərəcədə korlandığı qənaətindədir. Ona görə də o, daha üstün növlər yaratmaq qərarına gəlib. Fin atasının apokalipsistik planlarına mane ola biləcək yeganə bacarıqlı şəxsdir, ancaq o da nəinki fiziki baxımdan kölədir, həmçinin onun parçalanmış zehninin içində qaranlıq sirlər və bədəməl təsirlər var.

Finin müttəfiqlərinin tədricən zəifləyib azalmasına və ən çox etibar etdiyi adamların xəyanəti ilə üzləşməsinə baxmayaraq, özünü və irqləri azad etməyə, bəşəriyyət tam məhv olmaqdan qurtarmağa ümidsiz cəhdlər göstərir. O, müvəffəqiyyət qazanmaq üçün həqiqəti, nəhayət ki, qəbul etməli, həqiqətən də daim sahib olduğu dəhşətli gücü qavramalıdır.