Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952520880
608 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 10,925 AZN

Ürəyimə bax

Nikolas Sparks

Ürəyimə bax... Mən sənin ürəyinə baxdığım kimi...
Kolin Henkok özünə ikinci şans verərək həyatında yeni səhifə açmağı qərara alır. Keçmişdə qanun pozuntularına yol vermiş, yanlış qərarları, düşüncəsizliyi və aqressiv davranışı nəticəsində ailəsini və yaxın dostlarını özündən uzaqlaşdırmış, həbsxanaya düşməkdən güc-bəla ilə qurtulmuşdu. Lakin indi artıq Kolin xarakterini və davranışını dəyişməkdə qərarlıdır. Keçmiş səhvləri onu izləsə də, yeni tanışlıqlar qurmaqda çətinlik törətsə də, Kolin təslim olmur və dəyişdiyini hər kəsə sübut etməyə çalışır. Qarşısına yeni məqsədlər qoyur, ali təhsilini davam etdirir və ürəkdən sevə biləcəyi bir qızla ciddi münasibət qurmaq istəyir.
Mariya Sançez Meksikadan ABŞ-a mühacirət etmiş bir ailənin çalışqan, zəhmətkeş və ali təhsilli qızıdır. Universitetin hüquq fakültəsini bitirib, Uilminqtonda nüfuzlu bir hüquq şirkətində işləyir. İlk baxışdan onun həyatında hər şey qüsursuz və mükəmməl görünür, lakin Mariyanın keçmişindəki bir hadisə onu indiyədək də qarabaqara izləyir.

Yağışlı bir gecədə baş vermiş təsadüfi qarşılaşma Mariya ilə Kolinin həyatını dəyişir. Tezliklə onların arasında sevgi alovlanır, lakin bu sevginin qarşısında müəyyən maneələr var. Gənclər bu əngəlləri necə aradan qaldırmaq üzərində düşünərkən Mariyanın keçmişində yaşananlar yenidən onun qarşısına çıxır və Mariya ölüm təhlükəsi ilə üzləşir.
Oxucuya həyəcanlı anlar yaşadan “Ürəyimə bax” romanı bir daha xatırladır ki, sevgi əngəl tanımır və əsl sevgi istənilən sınaqdan çıxmağı bacarır, yetər ki, sevdiyin insanın ürəyini görə biləsən...