Azərbaycan dilində
ISBN: 9789952515503
Qiymət: 12.50 AZN

Fikrində bir ədəd tut

Con Verdon

Nyu-York Polis Departamentinin veteran işçisi Devid Qörni həyat yoldaşı Madlenin illər uzunu böyük həsrətlə gözlədiyi addımı atıb – təqaüdə çıxıb və şəhər kənarına köçüb. Lakin peşə xəstəliyi, hər müəmmanı axıradək çözmək azarı nə veteran detektivə dinclik verir, nə də onun arvadına...

Devidin gənclik dostu Mark Melleri bir gün ona müraciət edir. Mark Melleri anonim təhdid məktubu alır. Məktub müəllifi Markdan ürəyində bir üçrəqəmli ədəd tutmağı, sonra zərfin içindəki ikinci zərfə baxmağı tələb edir. Mark ikinci zərfin içindəki məktubda fikrində tutduğu üçrəqəmli ədədi görəndə dəhşətə gəlir, təlaşa düşərək veteran detektivə müraciət edir. Bu necə ola bilər? Axı həmin ədəd Mark üçün heç bir əhəmiyyət kəsb etmir. O, sadəcə üç rəqəmdən ibarət kombinasiyadır, vəssalam. Bu sirri açmağa Mark Mellerinin ömrü çatmır – təhdid məktubunu yazan şəxs vədinə əməl edərək onu öldürür. Bəs Devid Qörni? Qocaman detektiv qurbanlarını aradan götürməzdən əvvəl onları bu cür məktublarla dəhşətə gətirməyi sevən silsilə qətllər ustasını tapa biləcəkmi?