Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952515411
Yumşaq üz qabığı
396 səhifə
Ölçü: 130x205 mm
Qiymət: 12 AZN

Qiyamçı

Veronika Rot

Beatris Prayorun antiutopik Çikaqosunda cəmiyyət hərəsi xüsusi bir xarakteri formalaşdıran beş dəstəyə parçalanıb – Həqiqətsevərlər (dürüstlər), Fədakarlar (nəfissizlər), Qorxmazlar (cəsarətlilər), Dostluq (sülhərəstlər) və Elmsevərlər (savadlılar). Hər ilin müəyyən günündə bütün 16 yaşlılar ömürlərinin qalan hissəsini həsr edəcəkləri dəstəni seçməlidir. Beatris ya ailəsi ilə qalmalı, ya da həqiqətən özünü aid bildiyi dəstəni seçməlidir. Hər ikisini seçmək mümkün deyil. Ona görə də Beatris özü də daxil olmaqla hər kəsi təəccübləndirən bir qərar verir.

Beatris üzvlüyə qəbulun yüksək rəqabətlilik şəraitində keçən sınaqları zamanı özünü Tris adlandırır və dostlarının kim olduğunu öyrənmək üçün mübarizəyə başlayır. Elə bu zaman bəzən möhtəşəm, bəzən də onu qəzəbləndirən bir oğlan seçdiyi həyatda qarşısına çıxır. Beatrisin həm də bir sirri var. Bu sirri hamıdan gizli saxlamalıdır, çünki üzə çıxsa, ölüm təhlükəsi ilə üzbəüz qalacaq. Üstəlik, Beatris öyrənir ki, get-gedə güclənən münaqişə ona mükəmməl görünən cəmiyyəti məhv olmaq təhlükəsi ilə təhdid edir. Onu da başa düşür ki, sirri ya sevdiyi insanların xilası olacaq, ya da özünü məhv edəcək... “Divergent” seriyasından olan kitablar “New York Times”ın ən çox satılan əsərlərindəndir. Veronika Rotun insanı heyrətləndirən qərarlar və gözlənilməz sevgi ilə dolu bu kitabı cəsarət, fədakarlıq və sevgi ilə dəyişən antiutopik dünya haqda hekayədən ibarətdir. Veronika Rot “New York Times”ın ən çox satan “Divergent”, “Qiyamçı”, “Sadiqlər” və “Dörd” kitablarının müəllifidir. O, yazıçılığa hələ kollec tələbəsi olarkən başlayıb. İndi yalnız yazıçılıqla məşğul olan Veronika Rot və onun həyat yoldaşı Çikaqonu doğma evləri adlandırırlar. Onu www.VERONICAROTHBOOKS.COM saytından və ya “Twitter”dən (@VeronicaRoth) izləyə bilərsiniz.