Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952515145
Yumşaq üz qabığı
316 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 9.20 AZN

Zərif qələbə

Cudit Maknaut

"Sevinc hissi... gözəl sevgi hekayəsi bəxş edir..." - "Romantic Times"

Gözəl Keyti Konnelli ağrı-acılı keçmişini uğurlu karyera və lüks mənzili ilə ört-basdır edib unutmağa çalışır. Kişilərlə isə məsafə saxlamağa üstünlük verir. Lakin həyatında nəsə çox dərin mənalı bir şeyin olmadığını da hiss edir. Və bir gün məğrur, sərt Ramon Qalverraya rast gəlir. Ramon şəhərli cazibəsi və ehtiraslı təbiəti ilə Keytiyə heç vaxt görüb-duymadığı bir sevgini verir. Keyti Ramonun qolları arasında hər toxunuşda sanki yenidən canlanır. Lakin qəlbini bu qəribə, iradəli, sirli adama verməkdən çəkinir. Ramon başqa bir dünyaya məxsusdur. Üstəlik gələcəyi də naməlum və qaranlıqdır...

“New York Times”ın ən çox kitab satan yazıçılarından olan Cudit Maknaut bu zərif və ovsunlayıcı romanla “həyatda bir dəfə olan” ehtirası oxuculara çatdırır. “Cudit Maknaut həqiqətən dövrümüzün ən ovsunlayıcı yazıçılarından biridir” – “Affaire de Coeur” “Sadəcə möhtəşəm!” – “Birmingham post”