Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952513431
260 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 9.10 AZN

Unudulmaz gecə

Endirim 50%

 

Cudit Maknaut

"Cudit Maknaut həqiqətən də dövrümüzün möhtəşəm nağılçılarından biridir" - "Affaire de Coeur"

"New York Times"ın ən çox satılan "Gecə pıçıltısı" əsərinin müəllifindən "Unudulmaz gecə"

Kitabları ən çox alınan müəllif Cudit Maknaut bu unudulmaz romanında iki güclü biznesmenin qəddarcasına mübarizə apardıqları bir aləmə - ehtiras və yalandan ibarət məhrəm, özəl və gərgin dünyaya daxil olur.

“Global Industries” şirkətinin ötkəm, amansız və yaraşıqlı prezidenti Nik Sinkleyr biznesini də elə qadınları kimi cəsarətlə, xüsusi şövqlə, qəddarlıq və təmkinlə idarə edir. Hər şeyin ən əlasına alışmış Nik Lauren Danneri işə götürür. Elə bilir ki, bu qürurlu və gözəl qadın da tezliklə çox asanlıqla əldə etdiyi qadınlardan biri olacaq. Lakin Laurenin parlaq zəkası və ləyaqəti Nikin iradəsinin əksinə olaraq tezliklə onun başını gicəlləndirir, bu hökmlü biznesmeni marağa və eşqə salır. Lauren isə elə bir yalanla yaşayır ki, bu sirr anbaan lap böyük təhlükə mənbəyinə çevrilməyə başlayır. Bu sirr Nikin ona olan etibarını sarsıda və həyatında ilk dəfə rastlaşdığı bu cazibədar adamla gələcəyini məhv edə bilər...
“Güclü, həssas, romantik və gərgin... Möhtəşəm! Bu kitab mütləq oxunmalıdır” – “Romantic Times”