Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952513790
Yumşaq üz qabığı
384 səhifə
Ölçü: 148X210 mm
Qiymət: 14.20 AZN

Müqəddəs hər şey

Sara Dessen

"Müqəddəs hər şey" acı həqiqətdən bəhs edən təsirli psixoloji romandır. Əsər səhvə yol verən şəxslərin üzləşdiyi uğursuzluğun insanlara təsirindən, bizi sevən adamların onlara ehtiyac duyduğumuz, ümidsiz anlarımızda bizimlə ailə üzvü kimi rəftarından, həyata yenidən başlamağın möcüzəvi şəkildə irəliyə doğru bir addım olmasından bəhs edir.

Əsərin qəhrəmanı olan yeniyetmə qız - Sidney valideynlərinin gözünə heç vaxt "görünməyib". Ata-anası həmişə qardaşı Peytona diqqət yetirib, Sidney buna uşaqlıqdan adət edib. Peyton yaraşıqlı və ərköyün oğlandır, sərxoş halda maşın sürəndə bir gənci vurub şikəst edir.

Qardaşı həbsxanada olanda ata-anası bütün diqqətini Sidneyə yönəldir, buna alışmayan Sidney özünün ailədəki yerini bilmək istəyir. Sonra o, Çatham ailəsi ilə tanış olur. Bu ailədə həmişə özünə layiq olmayan oğlanları sevmiş diribaş Layla, öz səhvinin cəzasını çəkən Rozi, ailənin ürəyi sayılan ana var. Sidney bir gün Laylanın qardaşı Makın onu həqiqətən də “gördüyünü” hiss edir. Bununla da sevgini və özünü kəşf etməyə başlayır...
Kitab gənclər və yeniyetmələr üçün nəzərdə tutulub.