Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952515015
Yumşaq üz qabığı
220 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 7.80 AZN

Çərşənbə gününədək arvad

Ketrin Baybi

Çərşənbə gününədək evlənməyə qərar verdiyi qadın onun ömrü boyu sevəcəyi qadın olur.

Bleyk Harrison:

Zəngin, vəzifəli, yaraşıqlı Bleyk böyük mirasa sahib olmaq üçün çərşənbə gününədək evlənməlidir. O, kömək üçün Sam Elliota müraciət edir və əvvəlcə onun kişi olduğunu düşünür. Amma əvəzində Samanta Elliotla qarşılaşır. Bu gözəl qadının incə səsi onun ağlını başından alır. Kişilər belə incə qadın səsi eşitmək üçün adətən 1-900 telefon xidmətinə zəng vururlar...

Samanta Elliot:

“İttifaq” tanışlıq firmasının sahibi olan bu qadın özü heç vaxt evlənmək haqda düşünmür. Amma Bleyk ona bir illik formal nikah müqaviləsi üçün 10 milyon dollar təklif edəndə fikrini dəyişir, çünki bu təklifdə pis heç nə yoxdur. Samanta belə böyük məbləğdəki pulla bacısını müalicə etdirər, bəzi işlərini yoluna qoya bilərdi. Samantaya bircə şey lazımdır – “müvəqqəti” ərinə vurulmasın, onunla yatağa girməkdən uzaq qaçsın.
Amma Bleykin cazibəsi, ehtiraslı öpüşləri bir daha sübut edir ki, Samanta ona müqavimət göstərə bilməz. Onların nikah müqaviləsində hər şey nəzərə alınıb, müqavilənin şərtlərinə yalnız bir-birinə vurulmaq daxil deyil, amma...