Facebook Instagram

Erlend Lu

Norveçin məşhur yazıçılarından olan Erlend Lu 1969-cu ildə Tronheym şəhərində doğulub. Yazmağa başlamazdan əvvəl o, psixoterapiya klinikasında, daha sonra "Adresseavisen" adlı qəzetdə müxbir kimi çalışıb. Kopenhagendə kinoşünaslıq üzrə təhsil alıb, ssenarist, tərcüməçi və kino tənqidçisidir. İlk romanını 1993-cü ildə qələmə alan yazıçı yumoristik əsərləri ilə şöhrət qazanıb. Bir çox beynəlxalq mükafatlara layiq görülən Lunun məşhurlaşmasının əsas səbəblərindən biri onun xüsusi üslubunun olmasıdır. Yazıçının qəhrəmanları oxuduğumuz, öyrəşdiyimiz əksər basmaqəlib qəhrəmanlara oxşamır, onlar xeyli fərqlidir.
Erlend Lu həm də uşaq yazarı kimi ad qazanıb. "Balıq və traktorçu Kurt" adlı uşaq kitabı ona böyük şöhrət gətirib. "L" adlı əsəri Norveçdə ən çox satılan kitab kimi mükafata layiq görülüb. Lakin yazıçıya xüsusilə böyük şöhrət qazandıran əsəri "Sadəlövh. Super"dir. Əsər beynəlxalq miqyasda böyük uğur qazanaraq "nəsillərin romanı" adını alıb. Lu bu romana görə 2016-cı ildə nüfuzlu "Prix Européen des Jeunes Lecteurs" mükafatına layiq görülüb. Əsər 20-dən çox dilə tərcümə edilib və Avropada satış rekordları qırıb.