Facebook Instagram

Entoni Dor

Amerikalı yazıçı, romanlar və hekayələr müəllifi Entoni Dor 1973-cü ildə Ohayo ştatının Klivlend şəhərində doğulub. Yerli universitetin nəzdindəki orta məktəbi bitirəndən sonra təhsilini Boudin kollecində davam etdirib və orada tarix elmini öyrənib. Daha sonra Boulinq Qrin Universitetində zərif sənətlər üzrə magistr dərəcəsi alıb. Pulitzer mükafatına layiq görülmüş "Görünməyən işıqlar" romanı ilə məşhurlaşıb. Yazıçı hazırda ABŞ-ın Aydaho ştatında yaşayır.