Facebook Instagram

Corc R.R.Martin

Müasir Amerika yazıçısı, ssenaristi və prodüsseri Corc Reymond Riçard Martin 1970-1980-ci illərdə elmi fantastika və fentezi janrlarında qələmə aldığı hekayə və povestləri ilə məşhurlaşıb. Amma çoxsaylı beynəlxalq ədəbi mükafatlar almış yazıçıya dünya şöhrəti qazandıran əsəri onun 1996-cı ildə işıq üzü görən "Buzla alovun nəğməsi" romanıdır. Fentezi janrında yazılmış bu seriya romanlar ekranlaşdırılıb, onların əsasında sonradan bütün dünyada populyarlaşan "Taxt oyunları" teleserialı çəkilib. "Time" jurnalı Corc R.R. Martini 2011-ci ildə "Dünyanın ən nüfuzlu adamları" siyahısına daxil edib.