Facebook Instagram

Harlan Koben

Məşhur amerikalı yazıçı, detektiv roman-trillerlər müəllifi Harlan Kobenin əsərlərinin əsas süjeti uzaq keçmişdə qalıb unudulan "ölü qətllər" və izsiz-tozsuz yoxa çıxan adamların qaranlıq taleyi ilə bağlıdır.
Nyu-Cersi ştatında yəhudi ailəsində doğulan Harlan Kobenin ilk əsəri 1988-ci ildə, onun hələ 26 yaşı olanda anonim şəkildə çap olunub. Koben "Edgar", "Shamus" və "Anthony" kimi üç nüfuzlu mükafatın üçünü də alan ilk yazıçıdır. O, həmçinin "New York Times"ın versiyasına görə, ABŞ-ın 10 ən yaxşı detektiv yazarı siyahısına başçılıq edir.