Facebook Instagram

Ceyms Patterson

Triller və detektiv janrlarında yazan amerikalı yazıçı Ceyms Patterson 1947-ci il martın 22-də Nyuburq şəhərində anadan olub. Patterson ingilis dili üzrə fəlsəfə elmləri namizədi olsa da əsasən reklam sahəsində çalışıb. "Tomas Berriman nömrəsi" adlı ilk romanı 1976-cı ildə nəşr olunub. Patterson 1996-cı ildə reklam sahəsindən uzaqlaşıb və vaxtını bütünlüklə yazıçılığa sərf etməyə başlayıb. O, 1976-cı ildən bəri 147 roman yazıb. Əsərlərinin əksəriyyəti bestsellerə çevrilib. İndiyədək bütün dünyada 305 milyon nüsxədən çox kitabı satılıb, üstəlik , Patterson elektron kitablarının satışının sayı 1 milyonu keçmiş ilk müəllifdir. Onun indiyə qədər ən çox oxucu rəğbəti qazanmış romanları arasında Aleks Kross, Maykl Bennet və qətlləri araşdıran qadın klubu haqqında yazdığı seriya romanlarının adını çəkmək olar. Ceyms Patterson evlidir, bir oğlu var.