Facebook Instagram

Miranda Dikinson

Miranda Dikinsonun ədəbi yaradıcılığa marağı özünü uşaq yaşlarından büruzə verməyə başlayıb. Hələ məktəbdə oxuyarkən Kinqsuinford kitabxanasını bəzəyəcək maraqlı əsər yazmaq arzusuna düşür. Tətbiqi incəsənət fakültəsini bitirəndən sonra ciddi şəkildə yazıb-yaratmağa başlayır. Hal-hazırda romanlarla yanaşı qələmini nəzmdə- şeirdə də sınayır, şeirlərinə mahnılar bəstələyib. İlk 4 kitabı- "Nyu-york nağılları", "Dünyama xoş gəldin", "Hər şey bir öpüşlə başladı" və " Aşiq olduğum gün" romanları "Sunday Times" qəzetinin keçirdiyi sorğuda respondentlərin fikrinə əsasən, ilin ən yaxşı bestselleri elan edilib. Miranda Dikinson ailəlidir, həyat yoldaşı Bobla birlikdə Dadlidə yaşayır.