Facebook Instagram

Holli Şindler

Xanım Holli Şindler Missuri Dövlət Universitetində ingilis dilindən MA dərəcəsi (incəsənət üzrə magistr) alandan sonra yazıçılığa başlayır. Gündəlik xərcləri qarşılamaq məqsədilə uşaqlara pianino və gitara dərsləri keçdiyi vaxtlarda evini musiqi səsləri ilə dolduran yeniyetmələr üçün kitab yazmaq qərarına gəldi.
Sözün əsl mənasında az qala tavana qədər çatan çoxlu sayda qaralamadan sonra ilk romanını ərsəyə gətirir. O, Uşaq Yazıçıları və İllüstratorları Cəmiyyətinin (SCBWI) üzvüdür. Pekines cinsindən olan iti ilə yaşayır və soya sousunda bişirilən yerfındıqlı toyuq ətinin əsər yazmaq üçün əsl enerji mənbəyi olduğuna inanır.