Facebook Instagram

Stefani Mayer

Stefani Morqan Mayer “Alatoranlıq” seriyasından olan romanlarına görə qısa müddətdə bütün dünyada məşhurlamış müasir Amerika yazıçısıdır. Yuta Universitetinin məzunu olan ingilis dili mütəxəssisi bədii əsər yazmağa 2003-cü ildə gördüyü bir yuxunun təsiri altında başlayıb. Əsasən yeniyetmələr üçün nəzərdə tutulan ilk əsəri – “Alatoranlıq” romanı 2005-ci ildə işıq üzü görüb və böyük rezonans doğurub. Əsər elə həmin il inanılmaz uğur qazanaraq milli bestsellerlər siyahısında 5-ci yeri tutub. Növbəti illərdə bu seriyadan olan digər romanları çap edilib. Əsərlərini əsasən fantastika və sürrealizm-avantürizm janrlarında qələmə alan yazıçının “Alatoranlıq” seriyasından olan romanları 37 dilə tərcümə olunub və bütün dünyada 85 milyon nüsxə tirajla satılıb.

RƏYLƏR

Dünyanın “Alatoranlıq” hissəsində fantastik sevgi...

Sevinc Telmanqızı ətraflı >>>