Facebook Instagram

Con Verdon

Amerikalı yazıçı Con Verdon uzun illər iri reklam agentliklərində çalışıb, Manhettenin məşhur şirkətlərində rəhbər vəzifələr tutub. Daha sonra əsərlərinin qəhrəmanı Devid Qörni kimi təqaüdə çıxıb və Nyu-York ştatının şimalındakı bir kənd evinə köçüb. Burada özünə yeni hobbi tapıb- xarratlıqla məşğul olub və klassik detektiv əsərləri oxumağa başlayıb. Həyat yoldaşı Naomi onu qələmini sınamağa, öz əsərini yazmağa ruhlandırandan sonra isə bütün dünyada məşhurlaşan və böyük oxucu kütləsi qazanan "Fikrində bir ədəd tut" romanı ərsəyə gəlib. Bu əsər müəllifin ilk romanı olsa da, ona dünya şöhrəti qazandırıb. Con Verdon bu uğurdan məharətlə faydalanıb, növbəti romanlarını yazıb və onları "Devid Qörni seriyası" adlandırıb.

RƏYLƏR

Anasının qisasını başqalarından alan manyakın hekayəti...

Xalid Kazımlı ətraflı >>>