Facebook Instagram

Li Çayld

Li Çayld kəskin süjetli detektiv romanlar yazan aparıcı müəlliflərdən biridir. Onun Atlantik okeanının hər iki tayında bestsellerlər siyahısına liderlik edən əsərləri 40-dan çox dilə tərcümə olunaraq dünyanın bir sıra ölkələrində böyük oxucu auditoriyası toplaya bilib. Li Çayldın "61 saat" romanı ilin ən yaxşı detektiv əsəri nominasiyası üzrə məşhur "Theakstons Old Peculier" mükafatına layiq görülüb. Li Çayld İngiltərənin Koventri şəhərində anadan olub, hal-hazırda ABŞ-da yaşayır.
Yazıçı haqqında daha çox məlumat əldə etmək istəyənlər onun www.jackreacher.co.uk veb-səhifəsinə müraciət edə bilərlər.

RƏYLƏR

Sabiq detektiv sirli qətliamın əsl müəllifini necə tapdı?

Xalid Kazımlı ətraflı >>>