Facebook Instagram

Sara Dessen

Sara Dessen gənclər və yeniyetmələr arasında çox populyar olan yazıçılardan biridir. Yaradıcılığa erkən yaşlarından- hələ Şimali Karolina Universitetinin tələbəsi olarkən başlayıb, ilk kitabı 1996-cı ildə işıq üzü görüb. İndiyədək 12 romanı nəşr olunub. Onların əksəriyyəti " New York Times"ın bestsellerlər siyahısında birinci olub. Kitabları 25 dilə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub və bir çox nüfuzlu mükafatlara layiq görülüb. Onun "Bu yay", "Sənə oxşayan biri" və digər romanları əsasında ABŞ-da filmlər çəkilib.
Sara Dessen hazırda ailəsi ilə birlikdə Şimali Karolina ştatında yaşayır.