Facebook Instagram

Culian Barns

Culian Barns məşhur ingilis yazıçısı, esseisti və ədəbiyyatşünası, postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. 1946-cı il, yanvarın 19-da İngiltərənin mərkəzi hissəsindəki Lester şəhərində doğulub. Culian Barnsın ilk bədii yazıları əsasən "Dən Kavana" təxəllüsü ilə nəşr etdirdiyi detektiv tipli hekayələr olub. Barns bir ara həyat yoldaşı Pət Kavananın soyadını özünə təxəllüs götürmüşdü. Bir sıra ədəbi almanaxlarda çap olunan Barns ilk romanı "Metrolend"lə "Somerset Moem" mükafatını qazanıb.
Barns eşq mözvusunda "O, mənə rast gələnəcən...", "Sevgi və sairə" kimi nəsr nümunələri də yazıb, belə əsərlərindən birinə- "Hər şey olduğu kimi"yə görə 1992-ci ildə "Femina" mükafatını alıb.
2008-ci ildə sevimli həyat yoldaşı və məsləkdaşı, məşhur ədəbi agent Pət Kavananı itirən Culian Barns dərin sarsıntı keçirib, hətta intihar fikrinə düşüb. Ancaq dostlarının, oxucularının dəstəyi və şəxsi iradəsi sayəsində toparlanan, yenə də yaşayıb-yaratmaq üçün özündə güc tapan Barns bir-birinin ardınca dəyərli əsərlər qələmə alıb. Son bir neçə əsərini mərhum xanımına ithaf edib.
"Aqibət duyğusu" son 35 ildə əsərləri dünyanın onlarla ölkəsində tərcümə və nəşr olunmuş Culian Barnsın Azərbaycanda, ana dilimizdə işıq üzü görən ilk romanıdır.

RƏYLƏR

Sevdiyin qızı alan dostun intihar edirsə…

Şərif Ağayar ətraflı >>>