Facebook Instagram

Risa Uolker

Risa Uolker "Zamanla məhdudlaşmış" kimi sürətlə məşhurlaşmış romanın müəllifi, "Amazon Yenilikçi Roman Mükafatı" yarışmasının 2013-cü ildə əsas qalibi və bu əsərlə bağlı "Zamanın əks-sədası" novellasının müəllifidir.
Şimali Amerikanın cənubundakı maldarlıq fermasında boya-başa çatıb. Onun əylənmək üçün yeganə seçimi inəklərlə söhbət etməklə kitab oxumaq arasında olub. Televizorda öz istədiyinə baxmaq kimi nadir imkanı olanda o, "Star Trek"ə baxır və özünü gələcəkdə, uzaq planetlərdə, ya da ən azı, işıqforu olacaq qədər böyük olan şəhərdə xəyal edirmiş.
Hazırda o, Şimali Karolina ştatında yaşayış evini və ofisini həyat yoldaşı və Lüsi adlı qızılı retriverlə paylaşır. Övladları idman həvəskarı olduğundan, o, televizorda öz istədiyi verlişə hələ də tez-tez baxa bilmir.