Facebook Instagram

Cudit Maknaut

Cudit Maknaut bütün dünyada sevgi romanlarının müəllifi kimi tanınır. İndiyə qədər 17 romanı çapdan çıxan amerikalı yazıçının əsərləri 30 milyon nüsxədən artıq tirajla yayılıb. Regentlik dövrünə aid tarixi sevgi romanları janrının banisi sayılan Cudit Maknaut həm də müasir dövrün məhəbbət hekayələrini qələmə alır. Roman yazmağa əvvəlcə bir hobbi kimi yanaşan ədibin ilk qələm təcrübəsi uğursuz olub. 1978-1982-ci illərdə nəşriyyatlar onun əlyazmalarını bir-birinin ardınca geri qaytarıb. Lakin bu ədəbi uğursuzluq Cudit Maknautu ruhdan salmayıb. 1983-cü ildə çapdan çıxan "Zərif qələbə" adlı ilk romanı ona şöhrət qazandırıb. Artıq 5 ildən sonra- 1988-ci ildə Cudit Maknaut "New York Times"ın bestseller müəllifinə çevrilmişdi. Müəllifin bütün sonrakı əsərləri də bu nüfuzlu siyahıda özünə yer tutub.